(051) 232 90 00 Bizə zəng edin!
Qiymət qeyd edilməyən məhsullar
və iri həcmlər üçün zəng edin!
Sort qısaboyludur (78-84 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 2,4-2,5-dir. Vegetasiya m
üddəti suvarmada 225 gün təşkil edir, digər rayonlaşmış sortlardan 4-6 gün gec yetişir. Sort yüksək arxitektonikaya malikdir. Sünbülü düz, qısa, qırmızı rəngdədir. Qılçıqları qısa, dağınıq olub tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Sünbüldə sünbülcüklər orta sıxlıqdadır, dənlərin sayı 38-46 ədəddir.
Qılçıqları qısa, dağınıq və tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə qarşı davamlıdır. Qılçıqları qısadır. Suvarma şəraitinə daha uyğundur. Suvarma şəraitində optimal müddətdə (oktyabrın 2-ci və 3-cü ongünlüyü) əkilməsi tövsiyə edilir. Əkin vaxtına riayət edilməsi mütləqdir! (ən gec 20 oktyabr).
Oxşar məhsullar