(051) 232 90 00 Bizə zəng edin!
Qiymət qeyd edilməyən məhsullar
və iri həcmlər üçün zəng edin!
“Qarabağ-22” arpa toxumu – Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında, arpanın Dünya kolleksiyasından (VİR) çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.
Bu arpa toxumunun dəni orta irilikdədir. 1000 ədəd dənin kütləsi 42 qramdır. Dəndə zülalın miqdarı 12.5-13.5 %-dir.
“Qarabağ-22” arpa sortu duza və quraqlığa davamlılığı ilə fərqlənir. Sort həmçinin unlu şeh və sürmə xəstəliklərinə də davamlıdır.
Bitkinin boyu 85-97 sm, vegetasiya müddəti 193-210 gündür. Optimal səpin müddəti oktyabr ayının 2-ci yarısından, noyabr ayının 1-ci yarısınadək hesab olunur.
Hər hektara 3-3.5 milyon cücərən “Qarabağ-22” arpa toxumu səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar.
Oxşar məhsullar