(051)  232 90 00 Bizə zəng edin!

  İş saatları: 9:00-18:00

Murov-2 Buğda Toxumu

Qiymət qeyd edilməyən məhsullar

və iri həcmlər üçün zəng edin!


Çəki, Həcm, Miqdar (kq, lt, ədəd)
ƏTRAFLI MƏLUMAT
ƏLAVƏ MƏLUMAT
OXŞAR
ƏTRAFLI MƏLUMAT

“Murov-2” yumşaq buğda sortu 2011-ci ildən Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir və patentlə mühafizə olunur.

Sort ortaboylu (98-105 sm) olub, yatmaya qarşı davamlıdır. Üçillik orta vegetasiya müddəti 202 gün olub bölgə üçün digər rayonlaşmış sortlardan 3-4 gün tez yetişir.

“Murov-2” buğda sortu pas xəstəliklərinə qarşı orta davamlıdır. Sürmə xəstəliklərinə süni fonda az miqdarda sirayətlənir. Qışlaması yaxşıdır. Suvarma şəraitində hektara 4,5-5,0 milyon, dağətəyi dəmyə şəraitində isə 4,0-4,5 milyon cücərən toxum səpilməsi tövsiyə olunur.

Buğda toxumunun sünbülü ağ rəngdə, qılçıqsız, iyvaridir. Sünbülcüklər sünbül oxunda orta sıxlıqdadır. Sünbülcük pulcuğu oval formada olub sinirlənməsi və tilin görünüşü güclüdür. Sünbülcük pulcuğunun dişciyi qisa, küt, çiyni ensizdir. Sortun dəni iri, qırmızı rəngdə və yumurtavari formada olub şırımın xarakteri dayaz və qayəsi tüklüdür.

ƏLAVƏ MƏLUMAT
OXŞAR

 

Oxşar məhsullar