(051) 232 90 00 Bizə zəng edin!
Qiymət qeyd edilməyən məhsullar
və iri həcmlər üçün zəng edin!
Cənubi Muğan bölgəsi və respublikanın digər dəmyə bölgələrində becərilməsi tövsiyə olunur. Optimal səpin müddəti oktyabrın üçüncü və noyabrın birinci ongünlükləri aralığı hesab olunur. Optimal səpin müddətində hektara 3,0-3,5 milyon cücərə bilən toxum səpilməlidir.
Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına hektara təsiredici maddə hesabı ilə 90 kq fosfor, 60 kq kalium gübrələrinin, vegetasiya dövründə 70 kq azot gübrəsinin verilməsi məsləhətdir.
Sort intensiv tipli olub, yatmaya davamlıdır. Bitkinin boyu 90-100 sm, vegetasiya müddəti 177-184 gündür. Bölgə üçün rayonlaşmış sortdan 5-8 gün tez yetişir. Bitkinin kollanması orta səviyyədədir. Boruya çıxma dövründə bitkinin yarpaqlarının rəngi açıq yaşıldır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük pulcuğu uzunsovoval, zəif damarlıdır. Qılçıqları orta, sarı rəngli, kobud və zəif dağılandır.
Cəlilabad Bölgə Təcrübə Stansiyasında sortun üçillik orta məhsuldarlığı 4,21 t/ha olub, Standart sortdan hektara 1,45 ton artıq məhsul vermişdir. Sort yüksək məhsuldardır. Potensial məhsuldarlığı dəmyədə hektardan 6,0-7,0 tondur. Dəni orta iridir. 1000 ədəd dənin kütləsi 40-44 qramdır, dəndə zülalın miqdarı 11,0-12,0%-dir.
Oxşar məhsullar