(051)  232 90 00 Bizə zəng edin!

  İş saatları: 9:00-18:00

Alekseiç Buğda Toxumu

Qiymət qeyd edilməyən məhsullar

və iri həcmlər üçün zəng edin!


Çəki, Həcm, Miqdar (kq, lt, ədəd)
ƏTRAFLI MƏLUMAT
ƏLAVƏ MƏLUMAT
OXŞAR
ƏTRAFLI MƏLUMAT

“Alekseiç” yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır.
Ümumi xarakteristikası: Sort ortaboylu olub yatmaya qarşı davamlıdır. Ortayetişəndir. Kollanması yaxşıdır. Kolların hündürlüyü 75-81 sm olur. Cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngdə olur. 
Növmüxtəlifliyi: Lütessensdir. Sünbülü piramida formada olub orta uzunluqda və ağ rəngdə olur. Dənləri orta irilikdə və yumurtavari formada olur. Dəndə şırımın xarakteri dayaz, rəngi qırmızı olur və 1000 ədəd dənin kütləsi 38-41 qram olur. 
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 130.0 s/ha-ya qədər olur.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas xəstəliklərinə qarşı davamlı, septerioza qarşı orta həssas  unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlıdır.
Becərilmə bölgələri və sələfləri: Sortun nəmliklə nisbi təmin olunmuş bölgələrdə becərilməsi tövsiyyə olunur. Sələf kimi herik, çoxillik otlar, noxud, raps və s. götürülməsi məqsədəuyğundur. 
Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayı hesab olunur. 
Səpin norması: Hektara 4.0 milyon ədəd cücərən toxum səpilməsi tövsiyə olunur.

ƏLAVƏ MƏLUMAT
OXŞAR

 

Oxşar məhsullar