(051) 232 90 00 Bizə zəng edin!
“AGROFERT”MMC-nin mülkiyyətində olan internet səhifə (bundan sonra “səhifə”) istifadə etməzdən əvvəl “Səhifədən İstifadə Qaydaları” bundan sonra “Qaydalar” ilə ətraflı tanış olmanız xaiş edilir. Əgər şərtlərdən hər hansı biri ilə razı deyilsinizsə, bu barədə bizə bildirə və səhifəni istifadə etmədən tərk edə bilərsiniz. Əks halda səhifə davranışlarınız və edəcəyiniz hər hansı bir hərəkət qaydalardakı şərtlərlə tamamilə razı olduğunuz kimi qəbul ediləcək.Bu səhifə müəllif hüquqları və əmtəə nişanları ilə “AGROFERT”MMCC-nin mülkiyyətindəndir və müvafiq qanunlarla tam tərkibdə qorunur.
“AGROFERT” MMC bu Qaydalara, habelə səhifənin bütün digər məlumat və materiallara istənilən zaman birtərəfli qaydada əlavə və dəyişikliklər etmək və edilmiş bütün dəyişiklikləri bu saytda əlavə xəbərdarlıq və bildirişlər olmadan yerləşdirmək hüququnu özündə saxlayır. Qaydalara edilmiş əlavə və dəyşikliklərə dair bildirişlərin bu səhifənin və ya digər resurslarda yerləşdirilməmiş olması belə əlavə və dəyişikliklərin hüquqi qüvvəsinə hər hansı formada təsir göstərmir və gələcəkdə onun etibarsızlığına əsas verən səbəb ola bilməz.
Səhifədə mövcud olan hər hansı məlumatın və ya materialın istifadəsi ilə bağlı bütün risklər istifadəçi olaraq sizin öz üzərinizdədir və buna görə AGROFERT MMC heç bir məsuliyyət daşımır. Bu internet səhifələrində yerləşdirilən hər hansı məlumatın xüsusi tələblərinizə cavab verib-vermədiyini təsdiqləmək və bu istiqamətdə hərəkət etmək tamamilə istifadəçinin məsuliyyətindədir..
“AGROFERT” MM tərəfindən satılan məhsullar üzrə ödənişlər müvafiq olaraq, bank köçürməsi,tap agro portalından və nəğd ödənişlər zamanı müvafiq kassa mədaxil orderi əsasında aparılır.
İnternet səhifəsində istifadə ilə əlaqədar bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin nəzərdə tutduğu qaydada nəzərə alınmalıdır.
Saytımızın səhifələri müəlliflik hüququ ilə qorunur. Hər hansı məlumatın təkrara emalı, yenidən işlənməsi, tərcüməsi, digər mediada saxlanılmaı və emalı, o cümlədən, elektron vasitələrdə saxlanılması və ya emalı zamanı müəlliflik hüququndan istifadə olunur.
Üçüncü tərəfin saytlarına keçidlər sadəcə naviqasiyanı asanlaşdırmaq üçün nəzərdə tutulub. Həmin səhifələrdə göstərilən fikirlər bizim tərəfimizdən irəli sürülməyib. Səhifəmizdən birbaşa keçid etmək mümkün olan üçüncü tərəfin səhifələrinin məzmunu ilə heç bir əlaqəmiz yoxdur. Xüsusilə də, belə səhifələrdə baş verən üçüncü şəxslərin hüquqlarının pozulmasına və ya qanun pozuntularına görə biz məsuliyyət daşımırıq.
Şirkət şəxsi məlumatların təhlükəsizliyini və məxfiliyini qorumaq və onların dəyişdirilməsinin, korlanmasının, məhv edilməsinin və ya icazəsiz üçüncü şəxslər tərəfindən əldə edilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görmək üçün hər cür səy göstərir. Bununla belə, Şirkət İnternetdən istifadə ilə bağlı hər bir riskə nəzarət etmir və buna görə də Sayt istifadəçilərini İnternetin işləməsi və istifadəsi ilə bağlı potensial risklər barədə xəbərdar edir.
Saytda tanıtım e-poçtu və ya SMS mesajlarının alınmasına anbunə olsanız və sonradan imtina etmək istəyirsinizsə, bunu həmin mesajdakı göstərişlərə əməl etməklə edə bilərsiniz yaxud bizə müraciət etməklə edə bilərsiniz.